Azərbaycan Ornitoloji Cəmiyyəti

DSC 6015 

Azərbaycan Ornitoloji Cəmiyyəti 2 Mart 1986 ildə yaranmışdır.

Missiyası: quşları qorumaq, tədqiq etmək və səmərəli istifadəsinə kömək etməkdi.

 

Əsas məqsədi: ornitoloji tədqiqatları inkişaf etdirmək; bu işə alimlərlə yanaşı həvəskar ornitoloqları cəlb etmək; əhalinin ekoloji maarifləndirilməsi yolu ilə quşların mühafizəsinə, öyrənilməsinə, sayının artmasına və səmərəli istifadəsinə kömək etmək; quşların ekosistemdə və insanların həyatında rolu haqqında bilikləri yaymaq və ekosistemlərdə davamlı mövcudluğuna kömək etmək; cəmiyyətdə quşlara qarşı marağın artmasına və onlar haqqında biliklərin yayılmasına dəstək vermək; ornitoloji sahədə beynəlxalq əlaqələri inkişaf etdirmək.

 

Fəaliyyətin əsas istiqamətləri: quşların həyatında olan təhlükələr ilə əlaqədar ornitoloji və ekoloji tədqiqat və monitorinqlərin aparılması; əhali arasında və kütləvi informasiya vasitələrində quşlar haqqında biliklərin yayılması; nadir və məhvolma təhlükəsində olan quşların və onların yaşayış ərazilərinin qoruyub saxlanılması məqsədi ilə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi; ölkədə ekoturizmin inkişafına və təbiətin qorunmasına yardım etmək; beynəlxalq ekoloji və ornitoloji təşkilatlarla əməkdaşlıq etmək; quşlar haqqında çap əsərləri hazırlamaq və nəşr etmək; konfrans, seminar, məşğələ, ekskursiya və çöl tədqiqatları aparmaq.