Xəbərlər Arxivi

  • Şirvan Milli Parkında müşahidə

    12-04-2014

    Bazar günü 23.02.2014 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti Müçahidə Klubunun növbəti ekskursiyasi Şirvan Milli Parkına oldu. Hava çox soyuq idi, təqribən +3-4 C. Kəskin külək əsirdi. Buna baxmayaraq Qızılqaz gölündə 40-dan çox harayçı qu quşu, 100-dən çox ördək ( o cümlədən qırmızıbaş dalğıc, yaşılbaş, enlidimdik, bizquruq), qaşqaldaq, qaçışlıq leyi qeydə alındı. Bundan başqa yol boyu 50 dən çox jeyran müşahidə olunmuşdur. Ekskursiya 41 adam iştirak edirdi, o cümlədən İrəli təşkilatından 15 nəfər, Qafqaz universitetinin 20 tələbəsi və s.   https://www.facebook.com/groups/183539257717/  

  • Mahmudçala gölündə quş sayğısı

    12-04-2014

    Bazar günü 02.02.2014 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti Müşahidə Klubunun növbəti ekskursiyasi Mahmudçala gölünə oldu. Hava şaxtalı olsada çox sakit və günəşli idi. Göldə 9 minə yaxın su quşu qeydə alınmışdır. Yol üstü qeydə alınan növlərlə burgə 20 növ qeydə alınmışdır, o cümlədən yaşılbaş,enlidimdik , ala və güləyən ördəkələr, ağquruq dəniz qartalı, kiçik qarabattaq və s.   https://www.facebook.com/groups/183539257717/    

  • Ələt buxrası və Sahil qəsəbəsində quşların müşahidəsi

    12-04-2014

    Bazar günü 26 yanvar 2014 2.01.14 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti Müşahidə Klubu Ələt buxrasına və Sahil qəsəbəsinə ( dərin ğzüllər zavodu daxil olmaqla) quşları müşahidə ekskursiysını keçirdti. Hava soyuq olsada muşahidələr çox məhsuldar oldu. Belə ki, Ələt buxtasında 9187 Sahil qəsəbəsində isə 5590 quş qeydə alindı, onlardan yalnız bir neçəsi bataqlıq belibağlısı idi qalanları - su quşu, o cümlədən yaşılbaş ördək, qırmızıdimdik, qırmızıbaş və kəkilli dalğıclar, qıvrımlələk qutan və s.   https://www.facebook.com/groups/183539257717/  

  • Abseron Milli Parkında ekskursiya

    12-04-2014

    12.01.14 Azərbaycan Ornitoloji Cəmiyyətini Təbiəti Müşahidə Klubu Təbiət Dostları təşkilatı ilə birgə Abşeron Milli Parkına quşları müşahidə ekskursiyasını təşkil etmişdir. Müşahidə zamanı cəmi 36 minə yaxın su və yırtıcı quşu qeydə alınmışdır, o cümlədən ağbaş, kəkilli və qırmızıbaş dalğıclar, bataqlıq və tarla leyı, qara kəkəs və ağquyruq dəniz qartalı. Bundan başqa qış vaxtı fəal olan qürzəni görmək hamını təcübləndiridi və böyük marağ doğurdu. Milli Parkın direktoru Etibar müəllim bələdçi olmuşdur və parkın ən marağlı yerlərini bizə göstərmişdir, buna görə ona xüsusi təşəkkur edirik. https://www.facebook.com/groups/183539257717/  

  • Yeni il təbriki

    12-04-2014

    Azərbaycan Ornitoloji Cəmiyyəti bütün üzvlərini və onu dəstəkləyənləri Dünya Azərbaycanlıların Həmrəylik günü ilə və qarşıdan gələn Yeni İl münasibəti ilə təbrik edir! Sizə uğurlar və müvəfəqiyyətlər arzu edir!

  • Yaşma adasında ekskursiya

    12-04-2014

    29 dekabr 2013 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti müşahidə Klubunun növbəti ekskursiyasi Abşeron Milli Parkında keçirildi. Ekskuriyada 34 nəfər iştirak edirdi. Müşahidə vaxtı 2 teleskop və 3 durbindən istifadə edilirdi.Cəmi 12 növə aid 900 çox quş qeydə alımışdır, onların içində 800 qırmızıbaş dalğıc, 95 qıvrımlələk qutan ( Dünya Qırmızı Siyahısı!!!), 2 bataqlıq belıbağlısı və s.   https://www.facebook.com/groups/183539257717/  

  • Yeni üzvlük kartı

    12-04-2014

    Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən yeni üzvlük kartı çap etdirilib və üzvlərə paylamışdır   https://www.facebook.com/groups/183539257717/  

  • Hajiqabul gölünə ekskursiya

    12-04-2014

    Dekabırın 8 Azərbaycan Ornitoloji Cəmiyyəti Haciqabul gölünə ekskursiya təşkil etmişdir. Əsas məqsəd - qışlayan su quşlarının sayğısının keçirilməsi idi. Satğıda 30 nəfər iştirak edirdi. İştirakçılar 4 qrupa bölünmüşdür və hər qrup müstəqil sayğı aparırıdı. Sonda nəticələr ümumiləşdirildi. 22 növə aid 10 minə yaxın suquşu qeydə alındı.   https://www.facebook.com/groups/183539257717/  

  • Azəbaijan Ornitoloji Cəmiyyətinin qazetinin son nomrəsini çap olunub

    12-04-2014

    Azəbaijan Ornitoloji Cəmiyyətinin qazetinin son nomrəsini çap olunub

  • "Su-bataqlıq quşlarının sayğısı və qeydiyyyatı" təlimi

    12-04-2014

    30.11-01.12.2013-cü il tarixlərində Wetlands International dəstəyi ilə Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən "Su-bataqlıq quşlarının sayğısı və qeydiyyyatı" təlimi keçirilmişdir. Təlimdə Bakı Dövlət Universitetinin (biologiya və ekologiya fakultələri), Dövlət İdarəçilik Akademiyasının (ekologiya fakultəsi) və Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin (ekologiya fakultəsi) tələbələri iştirak etmişdir. Təlimdə Elçin Sultanov, Tahir Kərimov və Sevinc Hümbətova müxtəlif üsullara su-bataqlıq quşlarının təyinatı və qeydiyyatı haqqında mühazirələr və müzakirələr aparıldı.   https://www.facebook.com/groups/183539257717/  

  • "İlin quşu" tədbiri

    12-04-2014

    21.11.2013cü il tarixdə növbəti "İlin quşu" tədbirimizi Şirvan şəhərində keçirtdik. Tədbir Azərbaycan Ornitoloji Cəmiyyətin əməkdaşları Elçin Sultanov, Fərid Ağabalayev və AOC-nın Şirvan şöbəsinin sədri Sahib Dadaşov tərəfindən aparıldı. Tədbirdə Şirvan şəhərinin müxtəlif məktəblərindən şagird, müəllim və Ekoloji mərkəzin əməkdaşları iştirak etdi. Tədbirdə AOC haqqında qısa məlumat və "İlin quşu" olan Ağqaş qaz haqqında məlumatlar çatdırıldı. Sonda iştirakçılarla ekoloji oyun keçirilib müxtəlif plakatlar, qələmlər paylanıldı. Sonra Hacıqabul gölünə, Nəvahi zooparkına ekskursiya keçirildi və tədbir iştirakçıları əyani olaraq ornitofauna ilə tanış oldular. https://www.facebook.com/groups/183539257717/  

  • "İlin quşu" aksiyası

    12-04-2014

    7-8 noyabr 2013-ci il tarixlərində ənənəvi olaraq növbəti "İlin quşu" aksiyası Ağcabədi rayonunda keçirildi. Tədbirdə rayonun üç məktəbin müxtəlif sinif şagirdləri və məktəbin müəllim heyəti iştirak etdilər: 1. Ağcabədi 7 saylı tam orta məktəbi - 100 şagird, məktəbin direktoru və 5 müəllim.2. Xocavənd rayonu Muğanlı kəndi orta məktəbi (Qarabağ qaçqınları). 30 şagird və 8 müəllim.3. Ağgöl orta məktəbi. (Ağ-göl gölün ətrafında Laçın rayonunu qaçqınları üçün məktəb). 25 Şağird və 5 müəllim. Tədbirin keçilmə müddətlərində Azərbayca Ornitoloji Cəmiyyətinin elmi və ictimai fəaliyyətindən, nəşr etdiyi kitablardan, plakatlardan və s məlumat verildi. Sonra 2013 ci ilin quşu "Ağqaş qaz"ın biologiyası və ekologiyasından iştirakçılara məlumat verildi. Hər üç tədbirin sonunda iştirakçılarla ekoloji oyunlar keçirildi. Aksiyaya həsr olunmuş plakatlar, qələmlər və nakleykalar iştirakçılara paylandı. https://www.facebook.com/groups/183539257717/  

  • Avropa Quş Müşahidə Günü

    12-04-2014

    5-6 oktyabr XX-ci Avropa Quş Müşahidə Günü ilə əlaqədar Azərbaycan Ornitoloji Cəmiyyətinin "Qarabağ-Aran" şöbəsinin, Bakı müşahidə klubunun və AOC-nın üzvlərinin iştrakı ilə Ağ-göl və Şirvan Milli Parklarında ekskursiyalar təşkil olunmuşdur. Ekskursiyamizda eləcə də Bakı Dövlət Universitetinin Biologiya fakultəsində təhsil alan xarici vətandaşlarda iştirak etmişdir (Estoniya, Polşa, İspaniya). Apardığımız müşahidələr zamanı ən çox saylı növlərdən Fitçi cürə - Anas crecca, Qaşqaldaq – Fulica atra və qıvrımlələk qutanı - Pelecanus crispus qeyd etmək olar. Tədqiqat zamanı həmçinin kiçik qarabatdaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, ağalın qaz, yaşılbaş ördək, bataqlıq belibağlısı, sultan toyuğu və gümüşü qağayı qeydə alınmışdır. https://www.facebook.com/groups/183539257717/

  • Bizi facebook səhifəsində izləyin!

    23-11-2013

    http://www.facebook.com/azerbaijanornithologicalsociety

  • Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən Ağcabədi, Ağdaş və Zərdab rayonlarının meşələrində ekspedisiya keçirilmişdir

    06-06-2013

    29 may - 1 iyun Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən Ağcabədi, Ağdaş və Zərdab rayonlarının meşələrində adi qırqolun müasir vəziyyətini öyrənmək üçün ekspedisiya keçirilmişdir. Şəkil: Emin Mamedov

  • Altıağac Milli Parkına ekskursiya təşkil olundu!

    06-06-2013

    26.05.2013 cü il tarixdə Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən təşkil olunmuş növbəti ekskursiyamız Altıağac Milli  Parkında oldu.

  • Şirvan Milli Parkına ekskursiya

    01-05-2013

              28.04.2013-cü il tarixində  Azərbaycan Ornitoloji cəmiyyəti  tərəfindən Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbələri üçün Şirvan Milli Parkına ekskursiya təşkil edildi.

  • “Azərbaycanın böhran vəziyyətində olan quş növləri” şəkil müsabiqəsi keçirildi!

    18-04-2013

            11 aprel 2013 tarixində Şirvan şəhəri Ekoloji Mərkəzində Azərbaycan Ornitoloji Cəmiyyətinin təşkil etdiyi "Azərbaycanın böhran vəziyyətində olan quş növləri" şəkil müsabiqəsinin yekun nəticəsi.

  • Haciqabul gölünə ekskursiya.

    18-04-2013

    07.04.2013 cü il tarixdə Bakı Dövlət Universitetinin "Ekologiya və Torpaqşunaslıq" fakultəsinin yeni qəbul olunmuş tələbələri üçün ekskursiya təşkil edildi. Ekskursiya zamanı tələbələrlə ümumi tanışlıq oldu. Sonra təbiətlə tanışlıq, təbiətdə və çöl təcrübələrin aparılmasının (təyinedici və optik cihazlardan istifadə) bəzi məqamlarıdan danışıldı, fikir mübadiləsi aparıldı.

  • Azərbaycan Ornitoloji Cəmiyyəti press konfrans keçirtdi

    12-02-2013

    Azərbaycan Ornitoloji Cəmiyyəti "Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi " layihəsinin nəticələri ilə bağlı press konfrans həyata keçirtdi.