EKOTURİZM

 

Ekoturizm anlayışı son illər çox geniş yayılmışdır, özündə həm ekoloji, hem iqtisadi, ham də sosial mənaları ehtiva edir. Ekoturizm dedikdə artıq əvvəllər mövcud olan "dəniz, qum, günəş üçbucağı"ndan daha geniş anlayış nəzərdə tutulur.

eco turizm 01

İndi isə tez-tez istifade olunan bir ifadəyə təsadüf edilir. Bu, təbiət turizmidir. Əslində ekoturizm mənasını verən təbiət turizmi anlayışı ötən əsrin 80-ci illərindən geniş istifadə olunmağa başlayib. Ekoturizm ilk olaraq ucqar, mənzərəli, təkrarı olmayan yerlərə səyahətlə bağlı idi. Yəni təhsil elementləri dinləyici üçün vacib və ya tələb olunan şərt deyildi. Daha sonralar inkşaf etdikcə bu elementlərin də parallel olaraq inkşaf etdirilməsi qaçınılmaz oldu. O vaxtdan ekoturizm planlaşdırma metodlarını, idarəetmə metodlarını və iqtisadi yönləri özündə birləşdirməklə ikşaf etmişdir. Ərazi haqqıdnda məlumatdan əlavə ətraf mühitin qorunması, təhsil, iqtisadi və sosial mənfəət və ictimaiyyətin cəlb olunması onu daha da qiymətsiz edir.

Vətənimiz Azərbaycan özünəməxsus gözəllikləri ilə zəngin bir ölkədir. Respublikamızın gezmeli-görməli yerləri həmişə turistlərin diqqətini cəlb etmişdir. Azərbaycan özü kimi vüqarlı uca dağları, dərin qobuları, laləzar vadiləri, mənzərəli düzənlikləri, alp çəmənlikləri, qızıl qumlu çimərlikləri, gur sulu çayları, mavi gölləri, füsunkar meşələri, yaşıl ormanları, memarlıq, təsviri incəsənət abidələri, tətbiqi xalq sənəti, ədəbiyyat, musiqi və teatr mədəniyyəti, faydalı qazıntıları, palçıq vulkanları, rəngarəng flora və faunası, subtropik zonası ilə tanınan diyardır. Bu diyara təşrif buyuranlar, onu səyahətə çıxanlar hər zaman səmimi mehribanlıqla, əsl qonaqpərvərliklə qarşılanır, unudulmaz, ömüruzadan günlər yaşayır, özlərinə sədaqətli dostlar qazanırlar.

eco turizm 02

Zəngin təbii potensiala malik ölkələr sırasında olan Azərbaycanda da turizmin bu sahəsini inkişaf etdirmək üçün hər cür imkan var. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoturizmin inkişafı çərçivəsində milli parklara turist səfərləri təşkil etmək təşəbbüsü təqdirəlayiqdir. Bu gün ölkədə altı milli park, 14 dövlət təbiət qoruğu və 20 xüsusi mühafizə olunan zona mövcuddur. Təbiət turizmi turistlərin nəinki dincəməsinə, eyni zamanda Azərbaycanımızi daha yaxından tanımağa imkan verəcəkdir.