Azərbaycan Ornitoloji Cəmiyyəti

NEWS

Observation

Şirvan Milli Parkında müşahidə

Bazar günü 23.02.2014 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti Müçahidə Klubunun növbəti ekskursiyasi Şirvan Milli Parkına oldu. Hava çox soyuq idi, təqribən +3-4 C. Kəskin külək əsirdi. Buna baxmayaraq Qızılqaz gölündə 40-dan çox harayçı qu quşu, 100-dən çox ördək ( o cümlədən qırmızıbaş dalğıc, yaşılbaş, enlidimdik, bizquruq), qaşqaldaq, qaçışlıq leyi qeydə alındı. Bundan başqa yol boyu 50 dən çox jeyran müşahidə olunmuşdur. Ekskursiya 41 adam iştirak edirdi, o cümlədən İrəli təşkilatından 15 nəfər, Qafqaz universitetinin 20 tələbəsi və s.

https://www.facebook.com/groups/183539257717/

Observation

Mahmudçala gölündə quş sayğısı

Bazar günü 02.02.2014 Azərbaycan Ornitoloji Cəmiyyətinin Təbiəti Müşahidə Klubunun növbəti ekskursiyasi Mahmudçala gölünə oldu. Hava şaxtalı olsada çox sakit və günəşli idi. Göldə 9 minə yaxın su quşu qeydə alınmışdır. Yol üstü qeydə alınan növlərlə burgə 20 növ qeydə alınmışdır, o cümlədən yaşılbaş,enlidimdik , ala və güləyən ördəkələr, ağquruq dəniz qartalı, kiçik qarabattaq və s.

https://www.facebook.com/groups/183539257717/