"İlin quşu" tədbiri

21.11.2013cü il tarixdə növbəti "İlin quşu" tədbirimizi Şirvan şəhərində keçirtdik. Tədbir Azərbaycan Ornitoloji Cəmiyyətin əməkdaşları Elçin Sultanov, Fərid Ağabalayev və AOC-nın Şirvan şöbəsinin sədri Sahib Dadaşov tərəfindən aparıldı. Tədbirdə Şirvan şəhərinin müxtəlif məktəblərindən şagird, müəllim və Ekoloji mərkəzin əməkdaşları iştirak etdi. Tədbirdə AOC haqqında qısa məlumat və "İlin quşu" olan Ağqaş qaz haqqında məlumatlar çatdırıldı. Sonda iştirakçılarla ekoloji oyun keçirilib müxtəlif plakatlar, qələmlər paylanıldı. Sonra Hacıqabul gölünə, Nəvahi zooparkına ekskursiya keçirildi və tədbir iştirakçıları əyani olaraq ornitofauna ilə tanış oldular.

https://www.facebook.com/groups/183539257717/

 

3