AĞCABƏDİ RAYONUNA EKSPEDİSİYA

301

Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları 4-6 iyun tarixində Ağcabədi rayonuna ekspedisiyaya getmişdilər. Ekspedisiyanın məqsədi ağ leyləyin yuvalama yerlərini və yuvalarını tədqiq etməkə yanaşı həm də Ağcabədi rayonunda yerləşən məktəbdə tədbirin keçirilməsi idi.

Ekspedisiya ərzindədə yol boyu elektrik dirəklərində olan leylək yuvaları və orada olan balaların sayı qeydə alındı.

302İyunun 5-də isə çöl tədqiqatı ilə yanaşı, həm də Ağcabədi rayonu 12 saylı orta məktəbdə müəllimlər və şagirdlər üçün tədbir keçirildi. Bu tədbirdə məktəbin fəal şagirdləri maraqla iştirak edirdilər.

Tədbiri AOC-nin direktoru Elçin Sultanov açdı. O Azərbaycan Ornitoloji Cəmiyyətinin yaranma tarixi və fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. AOC-nin digər əməkdaşları internet saytımız, nəşrlərimiz, keçirdiyimiz tədbirlər və digər maraqlı məlumatlar haqqında ətraflı məlumat verdilər.

Şagirdləri əyləndirmək və düşündürmək üçün əməkdaşlarımız tərəfindən müxtəlif ekoloji 303oyunlar keçirildi. Bununla şagirdlərin bacarıqlarını və biliklərini daha da artırmağa müvəffəq olduq. Oyunun qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıldı. Tədbirin sonunda ənənəmizə sadiq qalaraq tədbirin bütün iştirakçılarınna AOC-nin nəşrlərindən olan, müxtəlif plakatlar, lifletlər, kitablar, broşurlar və qəzetimiz hədiyyə olundu.