HACIQABUL GÖLÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR

03112007-01Noyabr ayının 3-ü Əlibayramlı şəhərindəki Ekoloji Mərkəzdə məktəb müəllimləri və şagirdlər üçün Hacıqabul gölünə həsr olunmuş seminar keçirildi. Əsas məqsəd Haciqabul gölü haqqında məlumat vermək və onun ekoloji vacibliyini yerli əhali arasında yaymaq.

Seminar iki hissədən ibarət idi.

  • Hacıqabul gölünə təşkil olunmuş çöl ekskursiyası
  • Ekoloji Mərkəzdə treyninq

03112007-02

Seminarın başlanğıcında AOC-nin heyəti Ekoloji Mərkəzin üzvləri ilə birlikdə Haciqabul gölünə getdilər. AOC-nin sədri Elçin Sultanov gölün və ətraf ərazilərin coğrafi vəziyyəti və biomüxtəlifliyi haqqında məlumat verdi. Gölün və onun yerləşdiyi ərazinin florası haqqında məlumatı AOC-nin əməkdaşı Sevinc Saruxanova tərəfindən verildi. Burada həmçinin quşların müşahidəsi və bəzi monitorinq metodları haqqında danışıldı. Bütün iştirakçılar teleskop, binokl və çöl bələdçisi kimi vacib ləvazimatlarla təmin edildi və onlar praktiki məlumatlar almağa da imkan qazandılar. Ekskursiyanın sonunda Mehrab Quliyev və Aneliya İsayeva uşaqlarla hazırladıqları ekoloji oyunları keçirdilər.

Sonra bütün iştirakçılar yerli Zooparka getdilər və onlar burada ağ leylək, misir vağı, ağquyruq dəniz qartalı, dəvəquşu, tutuquşu, anqut, qırqovul və digər quşları, həmçinin dəvə, sincab, ceyran və digər heyvanları görmək imkanı əldə etdilər.

Zooparka təşkil olunmuş ekskursiyadan sonra iştirakçılar ekoloji mərkəzə qayıdaraq ikinci hissəyə-treyninqə başladılar.

03112007-03Bu treyninqdə Əlibayramlı şəhəri 16, 18, 20 nömrəli məktəblərinin şagirdləri iştirak edirdilər. Bu treyninqdə 43 iştirakçı var idi. Treyninq ərzində yuxarıda qeyd olunmuş mövzular ətrafında iştirakçılarla müzakirələr aparıldı və onlarla müxtəlif ekoloji oyunlar keçirildi. Bütün fəallar hədiyyələr əldə etdilər. Beş ən fəal iştirakçı AOC-nin köynəkləri və kitabları ilə mükafatlandırıldı. Digərlərinə isə suvenirlər verildi.

Hər bir iştirakçıya AOC-nin plakat və lifletləri də verildi.